4 iyul 2026. Şənbə

“Liverpul” Qakpo ilə bağlı qərarını verdi


  • Transfer
  • 22:40 03.07.2026
  • Oxunma sayı: 38
“Liverpul” Qakpo ilə bağlı qərarını verdi

Niderlandlı hücumçu Kodi Qakponun “Liverpul”dan “Tottenhem”ə mümkün transferi baş tutmaya bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Lakin mənbənin iddiasına görə, “Liverpul” Qakponu komandadan buraxmaq niyyətində deyil. Klub hələlik nə “Tottenhem”ə, nə də futbolçunun özünə danışıqlar aparmaq üçün icazə verib.

Bununla belə, qeyd olunur ki, London təmsilçisi rəsmi transfer təklifi göndərəcəyi halda vəziyyət dəyişə bilər.

Qeyd edək ki, daha əvvəl “Tottenhem”in 27 yaşlı futbolçunun transferində maraqlı olduğu bildirilirdi.

Kodi Qakpo ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer