4 iyul 2026. Şənbə

"Barselona" Rafael Leau üçün hərəkətə keçdi


  • Transfer
  • 22:52 03.07.2026
  • Oxunma sayı: 47
"Barselona" Rafael Leau üçün hərəkətə keçdi

"Milan"ın cinah hücumçusu Rafael Leau "Barselona"nın maraq dairəsində qalmaqda davam edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, "Barselona" portuqaliyalı futbolçu ilə bağlı "Milan"dan məlumat istəyib. İtaliya təmsilçisinin yeni baş məşqçisi Ruben Amorimin Leauya ümid bağlamadığı və bu səbəbdən klubun onu 60 milyon avroya satmağa hazır olduğu qeyd olunur.

Bununla belə, Rafael Leaunun transferi hazırda "Barselona" üçün prioritet hesab edilmir. Çünki Kataloniya klubu daha əvvəl Entoni Qordonu heyətinə qatıb. Hazırda "Barselona"nın əsas hədəfi hücumçu Xulian Alvaresdir. Əgər bu transfer baş tutmasa, Leau variantına yenidən baxıla bilər.

27 yaşlı portuqaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer