4 iyul 2026. Şənbə

"Tottenhem" Tonali üçün 117 milyon avro ödəyib


  • Transfer
  • 23:05 03.07.2026
  • Oxunma sayı: 28
"Tottenhem" Tonali üçün 117 milyon avro ödəyib

İtaliyalı yarımmüdafiəçi Sandro Tonali "Nyukasl"dan "Tottenhem"ə transfer olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira məlumat yayıb.

O 26 yaşlı futbolçunun London klubu ilə 2032-ci ilədək nəzərdə tutulan müqavilə imzaladığını və Tonalinin bonuslar da daxil olmaqla illik qazancının 12 milyon avro olacağı qeyd edib.

Bu transfer "Tottenhem"ə 117 milyon avroya başa gəlib.

Sandro Tonali 2023-cü ildən "Nyukasl"ın formasını geyinirdi. O, ötən mövsüm bütün turnirlərdə 53 oyunda meydana çıxıb, 3 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer