- Transfer
- 23:56 03.07.2026
"Barselona" ilə "Ayaks" arasında qapıçı Mark-Andre ter Ştegenin keçidi ilə bağlı aparılan danışıqlar uğurla başa çatıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, söhbət tamhüquqlu transferdən deyil, futbolçunun icarəyə verilməsindən gedir.
Klublar qolkiperin maaşı ilə bağlı bütün məsələləri razılaşdırıblar. İndi isə 34 yaşlı almaniyalı futbolçunun Amsterdam təmsilçisində tibbi müayinədən keçməsi gözlənilir.
Mark-Andre ter Ştegen son iki mövsümdə zədələr səbəbindən demək olar ki, meydana çıxmayıb. O, ötən mövsümü icarə əsasında "Jirona"da keçirib, lakin cəmi iki oyunda forma geyindikdən sonra yenidən zədələnib.
Qeyd edək ki, təcrübəli qapıçının "Barselona" ilə qüvvədə olan müqaviləsinin müddəti daha iki il davam edir.