- Transfer
- 01:09 04.07.2026
"Fulhem" "Vest Hem"in cinah hücumçusu Kresensio Sammervillin transferində maraqlıdır.
90deqiqe.Az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Premyer Liqanı tərk edən "Vest Hem"dən ayrılması gözlənilən 24 yaşlı niderlandlı futbolçu artıq "Fulhem"in transfer siyahısına daxil edilib.
Sammervillə "Çelsi" və "Mançester Yunayted" də maraq göstərir. Bununla belə, futbolçunun çempionatın əsas favoritlərindən hesab olunmayan, lakin iddialı komandaya keçəcəyi daha real variant kimi qiymətləndirilir. "Fulhem" Harri Uilsonun gedişindən sonra cinah xəttini gücləndirməyi planlaşdırır.
Niderlandlı futbolçu ötən mövsüm bütün turnirlərdə 34 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.
Sammervill hazırda davam edən dünya çempionatında Niderland millisinin heyətində keçirdiyi 4 matçda 2 qolla yadda qalıb. Lakin komandası 1/16 final mərhələsində Mərakeşə məğlub olaraq mübarizəni dayandırıb.