- Transfer
- 01:09 04.07.2026
Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Frank Kessi Yaxın Şərqdəki karyerasını başa vurub.
90deqiqe.Az xəbər verir ki, futbolçu son illərdə çıxış etdiyi Səudiyyə Ərəbistanının Ciddə təmsilçisi “Əl-Əhli”dən ayrılıb. Tərəflər müqavilənin uzadılması ilə bağlı razılığa gələ bilməyib. Eyni zamanda, Kessinin ayrılıq qərarını özünün verdiyi və daha rəqabətli Avropa futboluna qayıtmaq istədiyi bildirilir.
Onun karyerasını yenidən İtaliya A Seriyasında davam etdirməsi ehtimal olunur. Yarımmüdafiəçi əvvəllər “Atalanta” və “Milan” kimi klublarda çıxış edib. Bundan əlavə, o, karyerasında İspaniyanın “Barselona” klubunun da formasını geyinib.