- Transfer
- 01:09 04.07.2026
İspaniyanın “Sevilya” klubu ilə çiliyalı hücumçu Aleksis Sançes yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, futbolçunun müqavilə müddəti başa çatıb və tərəflər yeni anlaşma imzalamayacaq. Sançes komandanın La Liqada yerini qorumasında mühüm rol oynasa da, klub rəhbərliyindən gözlədiyi dəstəyi ala bilməyib.
Təcrübəli hücumçunun karyerasını davam etdirmək istədiyi bildirilsə də, onun növbəti ünvanı hələ dəqiq deyil. Məlumata görə, İtaliya A Seriyasına qayıdan “Monza” onun xidmətində maraqlıdır, lakin bu hələ rəsmi təsdiqini tapmayıb.
Keçmişdə “Barselona” və “Arsenal” kimi klublarda çıxış etmiş Sançesin Avropada qalmaq imkanı da sual altındadır. Ehtimallara görə, o, karyerasını doğma Çili çempionatında davam etdirə bilər.