4 iyul 2026. Şənbə

“Aston Villa”dan “Lans”ın qapıçısına ilk təklif


  • Transfer
  • 01:01 04.07.2026
  • Oxunma sayı: 35
“Aston Villa”dan “Lans”ın qapıçısına ilk təklif

“Aston Villa” Fransanın “Lans” klubunun qapıçısı Roben Risser üçün ilk təklifini hazırlayır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb. Birmingem təmsilçisi 21 yaşlı qolkiperini Emiliano Martinesin əvəzləyicisi kimi nəzərdən keçirir. Bildirilir ki, dünya çempionatından sonra argentinalı qapıçının “Yuventus”a keçidi gözlənilir.

Fransız oyunçu artıq bir neçə aydır İngiltərə klubunun skautlarının izlədiyi futbolçular sırasındadır, lakin “Lans”la razılığa gəlmək asan olmayacaq.

Hazırda Fransa millisinin düşərgəsində dünya çempionatında üçüncü qapıçı kimi yer alan gənc futbolçu ötən yay “Strasburq”dan “Lans”a 3 milyon avroya transfer olunub. Onun klubla müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır