4 iyul 2026. Şənbə

Çemberlen “Seltik”də qalır


  • Transfer
  • 01:09 04.07.2026
  • Oxunma sayı: 48
Çemberlen “Seltik”də qalır

Yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlen karyerasını Şotlandiyanın “Seltik” klubunda davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Bildirilir ki, 32 yaşlı ingiltərəli futbolçu ilə klub arasında birillik müqavilə razılaşdırılıb.

Oksleyd-Çemberlen ötən mövsümün ikinci yarısında azad agent kimi “Seltik”ə qoşulmuşdu. O, Qlazqoda tez uyğunlaşaraq komandanın əldə etdiyi dramatik “qızıl dubl”da mühüm rol oynayıb. İngiltərəli futbolçu “Livingston” və “Sent-Mirren”lə oyunlarda qələbə qollarının müəllifi olub.

Komandanın baş məşqçisi Martin O’Nil oyunçunun klubda qalmasında şəxsən israr edib və onu daha bir mövsüm qalmağa razı salıb. Qeyd olunur ki, “Liverpul”, “Arsenal” və İngiltərə millisinin sabiq üzvü olan futbolçuya digər Avropa klublarından da təkliflər gəlib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır