4 iyul 2026. Şənbə

Duqlas Kosta BƏƏ klubunda çıxış edəcək


  • Transfer
  • 22:17 04.07.2026
  • Oxunma sayı: 24
Duqlas Kosta BƏƏ klubunda çıxış edəcək

Braziliyalı cinah oyunçusu Duqlas Kosta Birləşmiş Ərəb Əmirliklərinin “Əl-İttifaq” klubuna transfer olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu 2026-cı ilin ilk yarısında İtaliyanın “Kyevo” klubunda çıxış edib. Verona təmsilçisi mövsümün sonunda ölkənin dördüncü liqasına yuvarlanıb.

Duqlas Kosta karyerası ərzində “Qremio”, “Şaxtyor”, “Bavariya”, “Yuventus”, “Los-Anceles Qelaksi”, “Fluminense” və “Sidney” kimi klubların da formasını geyinib. O, 2014-2018-ci illərdə Braziliya millisinin heyətinə dəvət alıb.

Qeyd edək ki, Duqlas Kosta yeni klubunda dünya futbolunun tanınmış simalarından olan hücumçu Mario Balotelli ilə eyni komandada çıxış edəcək. Hazırda 35 yaşı olan italiyalı futbolçu peşəkar karyerasını davam etdirir.







Transfer