- Transfer
- 23:27 04.07.2026
İtaliyanın “Komo” klubu “Çelsi”nin müdafiəçisi Trevo Çaloba üçün ikinci təklifini hazırlayır.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Məlumata görə, Sesk Fabreqasın rəhbərlik etdiyi komanda təklifini 30 milyon avroya yüksəltməyi planlaşdırır. Bundan əlavə, müqaviləyə 5 milyon avro məbləğində bonusların daxil edilməsi nəzərdə tutulur.
Bildirilir ki, bu təklif “Çelsi”nin tələblərinə cavab verə bilər. London təmsilçisi müdafiəçinin satışından ümumilikdə 35 milyon avro gəlir əldə etməyi hədəfləyir. “Komo”nun ilk təklifi isə 26-27 milyon avro civarında olub.
Qeyd edək ki, Trevo Çalobaya İtaliyanın digər nəhəng klublarından biri olan “İnter” də maraq göstərir.
Xatırladaq ki, “Komo” ötən mövsüm uğurlu çıxışı sayəsində UEFA Çempionlar Liqasına vəsiqə qazanıb. Klub cəmi bir neçə mövsüm əvvəl isə A Seriyasında belə çıxış etmirdi.