- Transfer
- 23:27 04.07.2026
Tanınmış insayder Fabritsio Romano “Mançester Siti” və “Real”ın “Çelsi”nin yarımmüdafiəçisi Enso Fernandeslə maraqlanması barədə yayılan iddialara münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, jurnalistin sözlərinə görə, hazırda “Mançester Siti” ilə argentinalı futbolçu arasında heç bir danışıqlar aparılmır.
“Hazırkı mərhələdə “Mançester Siti” ilə Enso Fernandes arasında danışıqlar yoxdur. “Real”a keçid baş tutmadıqdan sonra yeni şayiələr yayılıb. Ensonun gələcəyi ilə bağlı məsələ yalnız dünya çempionatı başa çatdıqdan sonra müzakirə olunacaq”, – deyə Romano bildirib.
Qeyd edək ki, Enso Fernandes 2023-cü ildə Portuqaliyanın “Benfika” klubundan 121 milyon avro qarşılığında “Çelsi”yə transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsi 2032-ci il iyunun 30-dək qüvvədədir.
Argentinalı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol vurub və yeddi məhsuldar ötürmə edib.