4 iyul 2026. Şənbə

“Beşiktaş” belçikalı ulduz üçün “Arsenal”la razılığa gəldi


  • Transfer
  • 22:32 04.07.2026
  • Oxunma sayı: 33
“Beşiktaş” belçikalı ulduz üçün “Arsenal”la razılığa gəldi

“Beşiktaş” Leandro Trossardın transferini başa çatdırmağa çox yaxındır.

90deqiqe.Az-ın “The Athletic”ə istinadən məlumatına görə, İstanbul təmsilçisi belçikalı futbolçunun keçidi ilə bağlı İngiltərənin “Arsenal” klubu ilə razılıq əldə edib.

Məlumata görə, tərəflər 18 milyon avro transfer haqqı və 2 milyon avro bonus qarşılığında əl sıxışıblar.

Bildirilir ki, “Beşiktaş” 30 yaşlı futbolçuya illik 9 milyon avro maaş təklif edib.

Qeyd edək ki, Leandro Trossard “Arsenal”ın heyətində keçirdiyi 174 oyunda 36 qol vurub, 34 məhsuldar ötürmə müəllifi olub.







Transfer