4 iyul 2026. Şənbə

“Barselona” Balde ilə bağlı qərarını verdi


  • Transfer
  • 22:35 04.07.2026
  • Oxunma sayı: 46
“Barselona” Balde ilə bağlı qərarını verdi

“Barselona” müdafiəçisi Alexandro Baldeni bu yay komandadan göndərməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Diario SPORT” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Mançester Siti” və “Çelsi”nin 80 milyon avroluq təkliflərinə baxmayaraq, “Barselona”nın prezidenti Joan Laporta futbolçunu satılmayacaq oyunçular siyahısına daxil edib. Klubun idman direktoru Deko isə Balde ilə maraqlanan bütün klublara onun transferə çıxarılmayacağını bildirib.

Qeyd edək ki, Alexandro Balde “Barselona”nın yetirməsidir. Onun Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.

24 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 42 oyunda meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer