4 iyul 2026. Şənbə

“Liverpul” Lakrua transferində “Çelsi”ni qabaqlamaq istəyir


  • Transfer
  • 22:41 04.07.2026
  • Oxunma sayı: 44
“Liverpul” Lakrua transferində “Çelsi”ni qabaqlamaq istəyir

“Kristal Pelas”ın və Fransa millisinin müdafiəçisi Maksans Lakrua Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun xidmətində “Liverpul” maraqlıdır. Mersisayd təmsilçisi Lakruanın transferi uğrunda əsas namizəd sayılan “Çelsi”ni qabaqlamağa çalışır.

Qeyd olunur ki, “Liverpul” müdafiəçini azad agent kimi komandadan ayrılaraq “Real”a keçən İbraima Konatenin əvəzləyicisi kimi görür.

Xatırladaq ki, Maksans Lakrua 2024-cü ildə Almaniyanın “Volfsburq” klubundan 18 milyon avro qarşılığında “Kristal Pelas”a transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

26 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 55 oyuna çıxıb, üç qol vurub və üç məhsuldar ötürmə müəllifi olub.







Transfer