- Transfer
- 23:27 04.07.2026
“Başakşəhər” klubu hücumçu Eldor Şomurodovun transfer hüququnu alıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm icarə əsasında komandada çıxış edən özbəkistanlı hücumçunun transfer hüququndan istifadə edib.
“Roma”dan transfer olunan Eldor Şomurodovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı hücumçu ötən mövsüm “Başakşehir”in heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 23 qol vurub və altı məhsuldar ötürmə verib.
Şomurodov vurduğu 23 qolla çempionatın bombardirləri siyahısında Onuaçu ilə birinci yeri bölüşüb.