5 iyul 2026. Bazar günü

“Yuventus” Türamı satıb iki ulduzu transfer etmək istəyir


  • Transfer
  • 22:53 04.07.2026
  • Oxunma sayı: 33
“Yuventus” Türamı satıb iki ulduzu transfer etmək istəyir

“Yuventus” yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Turin təmsilçisi fransalı yarımmüdafiəçi Kefren Türamı satmağa hazırlaşır. Klub futbolçunun transferindən 50 milyon avro gəlir əldə etməyi hədəfləyir.

“Yuventus” bu vəsaiti Frank Kessi və Stanislav Lobotkanın heyətə cəlb olunmasına yönəltmək niyyətindədir. Hər iki futbolçu hazırda azad agent statusundadır və ayrılacaq məbləğin onların maaş xərclərinin qarşılanmasına sərf olunacağı bildirilir.

Xatırladaq ki, “Yuventus” 2025/26 mövsümünü İtaliya çempionatının turnir cədvəlində 69 xalla altıncı pillədə başa vurub. Turin klubu növbəti mövsümdə Çempionlar Liqasında deyil, Avropa Liqasında çıxış edəcək.







Transfer