5 iyul 2026. Bazar günü

“Liverpul” Van Deyki satmaq fikrində deyil


  • Transfer
  • 22:55 04.07.2026
  • Oxunma sayı: 27
“Liverpul” Van Deyki satmaq fikrində deyil

Təcrübəli müdafiəçi Vircil van Deyk bu yay “Liverpul”dan ayrılmayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ceyms Pirs məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, niderlandlı müdafiəçi növbəti mövsümdə də “qırmızılar”ın formasını geyinəcək. Komandanın yeni baş məşqçisi Andoni İraola təcrübəli futbolçunu heyətdə görmək istəyir.

Qeyd olunur ki, “Liverpul” yay transfer dövründə Van Deyk üçün gələcək heç bir təklifi nəzərdən keçirməyəcək. Klub rəhbərliyi onun satılmasını gündəmdə hesab etmir.

Xatırladaq ki, Vircil van Deyk 2018-ci ildə 84 milyon avro qarşılığında “Sauthempton”dan “Liverpul”a transfer olunub. Onun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

33 yaşlı müdafiəçi 2025/26 mövsümündə bütün turnirlərdə 55 oyuna çıxıb, səkkiz qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer