- Transfer
- 23:27 04.07.2026
Əlcəzair millisindən ayrıldıqdan sonra Riyad Mahrez Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu ilə də yollarını ayırıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
35 yaşlı futbolçu son üç il yarım ərzində “Əl-Əhli”nin formasını geyinib. O, bu müddətdə yüzdən çox oyunda meydana çıxıb və iki dəfə Asiya Çempionlar Liqasının qalibi olub.
Karyerası ərzində “Havr”, “Lester” və “Mançester Siti”nin də şərəfini qoruyan Mahrez 2018-2023-cü illərdə İngiltərə təmsilçisinin heyətində çıxış edib.
Xatırladaq ki, Mahrez cəmi bir gün əvvəl 12 il formasını geyindiyi Əlcəzair millisi ilə də vidalaşdığını açıqlamışdı. Əlcəzair yığması 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İsveçrəyə 0:2 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb.