5 iyul 2026. Bazar günü

“Nyukasl” dünya çempionatının ulduzuna elçi düşdü


  • Transfer
  • 23:27 04.07.2026
  • Oxunma sayı: 32
“Nyukasl” dünya çempionatının ulduzuna elçi düşdü

“Nyukasl” “Frayburq”un yarımmüdafiəçisi Yohan Manzambinin transferi üçün ilk rəsmi təklifini hazırlayır.

90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, İngiltərə klubu isveçrəli futbolçu transferlə bağlı ilkin danışıqlara artıq başlayıb.

20 yaşlı futbolçu 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. Manzambi turnirdə üç qol vurub, üç məhsuldar ötürmə edib və İsveçrə millisinin əsas simalarından birinə çevrilib.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 20 yaşlı yarımmüdafiəçinin bazar dəyəri 50 milyon avro təşkil edir.







Transfer