5 iyul 2026. Bazar günü

Con Stouns "İnter"ə təklif olundu


  • Transfer
  • 03:12 05.07.2026
  • Oxunma sayı: 37
Con Stouns "İnter"ə təklif olundu

İngiltərə millisinin müdafiəçisi Con Stounsun nümayəndələri futbolçunu "İnter"ə təklif ediblər.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

32 yaşlı müdafiəçi "Mançester Siti" ilə müqaviləsinin başa çatmasından sonra azad agent statusu alıb. Təxminən 10 il Mançester təmsilçisinin formasını geyinən futbolçunun menecerləri onun üçün A Seriyasında yeni klub axtarırlar.

257 Premyer Liqa və 62 Çempionlar Liqası oyununda iştirak etmiş təcrübəli futbolçuya baxmayaraq, "İnter" rəhbərliyi hələlik transferə tələsmir.

Bildirilir ki, Stouns əvvəlki illik 10 milyon avroluq maaş tələbindən geri çəkilməyə hazırdır. Lakin o, iki illik müqavilə və daha bir mövsüm uzadılma imkanı olan bəndin sənədə daxil edilməsini istəyir. Bu şərtlər isə maraqlı tərəfləri qane etmir.

Qeyd edək ki, daha əvvəl Con Stouns "Napoli" və "Yuventus"a da təklif olunsa da, hər iki klubla danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.







Transfer