5 iyul 2026. Bazar günü

Premyer Liqanın dörd klubu dünya çempionatında parlayan futbolçu uğrunda mübarizəyə başladı


  • Transfer
  • 03:22 05.07.2026
  • Oxunma sayı: 37
Premyer Liqanın dörd klubu dünya çempionatında parlayan futbolçu uğrunda mübarizəyə başladı

"Seltik"in hücumçusu Daydzen Maeda İngiltərə Premyer Liqasının dörd klubunun transfer siyahısına düşüb.

90deqiqe.Az xəbər verir ki, Yaponiya millisinin hücumçusuna "Brentford", "Everton", "Nottingem Forest" və "Fulhem" maraq göstərir.

27 yaşlı futbolçu 2026-cı il dünya çempionatında İsveç millisinə vurduğu qol, yüksək sürəti və aqressiv pressinqi ilə diqqət mərkəzinə düşüb.

Şotlandiya təmsilçisi Maedanı 15-20 milyon funt sterlinq (təxminən 17,5-23,4 milyon avro) məbləğində dəyərləndirir.

Məlumata görə, futbolçunun transferində ən ciddi marağı "Brentford" göstərir. Klub uzun müddətdir yapon hücumçunun çıxışını izləyir.

"Everton" da Maedanı heyətinə qatmaq niyyətindədir. Komandanın baş məşqçisi Devid Moyes onu hücum xəttində bir neçə mövqedə oynaya bilən universal futbolçu hesab edir.

Bundan başqa, "Nottingem Forest" və "Fulhem" də yaponiyalı hücumçunun transferini nəzərdən keçirən klublar sırasındadır.







Transfer