6 iyul 2026. Bazar ertəsi

"Beşiktaş" ikinci transferini rəsmən açıqladı


  • Transfer
  • 22:48 05.07.2026
  • Oxunma sayı: 37
"Beşiktaş" ikinci transferini rəsmən açıqladı

"Beşiktaş" yay transfer dönəmində növbəti keçidini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, İstanbul təmsilçisi "Klermont"dan transfer etdiyi İlhan Fakılı ilə dörd illik müqavilə imzalayıb.

20 yaşlı sol cinah oyunçusu ilə bağlanan müqavilə 2029/30 mövsümünün sonunadək qüvvədə olacaq.

Klubun yaydığı rəsmi açıqlamada bildirilib:

"İlhan Fakılının transferi ilə bağlı "Klermont" klubu ilə razılıq əldə olunub. Futbolçu ilə 2029/30 mövsümünün sonunadək nəzərdə tutulan dörd illik müqavilə imzalanıb. Klubumuza mühüm töhfələr verəcəyinə inandığımız İlhan Fakılıya "Beşiktaş" forması ilə uğurlar arzulayırıq."

Qeyd edək ki, İlhan Fakılı "Beşiktaş"ın yeni mövsüm üçün reallaşdırdığı ikinci transfer olub.







Transfer