- Transfer
- 23:57 05.07.2026
"Nyukasl" heyətini yeni futbolçu ilə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi cinah hücumçusu Bazumana Turenin transferini rəsmən açıqlayıb.
20 yaşlı futbolçu Almaniyanın "Hoffenhaym" klubundan transfer olunub. Qeyri-rəsmi məlumata görə, keçidin dəyəri 50 milyon avro təşkil edib.
Klub müqavilənin müddətini açıqlamasa da, yayılan rəsmi məlumatda tərəflər arasında uzunmüddətli anlaşmanın imzalandığı bildirilib.
Kot-d'İvuar millisinin üzvü 2025-ci ilin fevralından "Hoffenhaym"ın formasını geyinirdi. O, Almaniya klubunun heyətində keçirdiyi 45 oyunda 5 qol vurub, 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 21-də start götürəcək.