6 iyul 2026. Bazar ertəsi

"Mançester Yunayted" Aleks Skott üçün hərəkətə keçdi


  • Transfer
  • 22:56 05.07.2026
  • Oxunma sayı: 40
"Mançester Yunayted" Aleks Skott üçün hərəkətə keçdi

"Bornmut"un yarımmüdafiəçisi Aleks Skott karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, "Arsenal", "Çelsi" və "Mançester Yunayted" 22 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer şərtlərini öyrənmək üçün "Bornmut"la əlaqə saxlayıblar.

Bildirilir ki, mətbuatda "Bornmut"un futbolçunu bu yay buraxmaq niyyətində olmadığı barədə xəbərlər yayılsa da, klub Skottu "Mançester Yunayted"ə satmağa hazırdır. Mənbələrin məlumatına əsasən, "qırmızı şeytanlar" futbolçunu heyətinə qatmaq üçün 93,6 milyon avro ödəməli olacaqlar.

Aleks Skott ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb. O, dörd qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer