- Transfer
- 23:57 05.07.2026
"Çelsi" rəhbərliyi yarımmüdafiəçi Enso Fernandesin gələcəyi ilə bağlı yaranmış vəziyyətdən narahat deyil.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Bobbi Vinsent məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Real Madrid"in argentinalı futbolçunun transferindən imtina etməsinə baxmayaraq, London klubunda vəziyyətə tam sakit yanaşırlar. "Çelsi"nin mövqeyi dəyişməyib – əgər hər hansı klub Enso Fernandes üçün tələb olunan 120 milyon avronu ödəməsə, futbolçu yeni mövsümdə yenidən komandanın heyətində çıxış edəcək.
Enso Fernandesin "Çelsi" ilə müqaviləsinin müddəti 2032-ci il iyunun 30-dək qüvvədədir.
Argentinalı yarımmüdafiəçi ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol vurub və yeddi məhsuldar ötürmə müəllifi olub.