- Transfer
- 23:57 05.07.2026
"Real Madrid" "Bavariya"nın fransalı cinah oyunçusu Maykl Oliseni heyətinə qatmaq niyyətindən əl çəkməyib.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Mənbənin iddiasına görə, Madrid təmsilçisi 24 yaşlı futbolçunun transferi üçün ümumilikdə 270 milyon avroluq təklif hazırlayır. Bu məbləğin 222,3 milyon avrosu sabit ödəniş, qalan hissəsi isə bonuslar şəklində nəzərdə tutulub.
Bununla belə, "Bavariya" rəhbərliyi daha əvvəl Oliseni cari transfer dövründə satmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib.
Maykl Olise ötən klub mövsümündə bütün turnirlərdə 52 oyuna çıxıb, 22 qola imza atıb və 31 məhsuldar ötürmə verib.
Fransalı futbolçu hazırda davam edən dünya çempionatında da uğurlu çıxışı ilə diqqət çəkir. O, komandasının keçirdiyi beş qarşılaşmanın hamısında meydana çıxıb və altı məhsuldar ötürmənin müəllifi olub.