6 iyul 2026. Bazar ertəsi

Delap Xabi Alonsoya görə "Çelsi"də qalır


  • Transfer
  • 23:37 05.07.2026
  • Oxunma sayı: 42
Delap Xabi Alonsoya görə "Çelsi"də qalır

"Çelsi"nin hücumçusu Liam Delap yay transfer dövründə komandadan ayrılmaq niyyətində deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 23 yaşlı futbolçu yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında özünü yenidən sübut etmək istəyir. Delap yalnız bu şansdan sonra gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.

"Çelsi" ötən yay Liam Delapı "İpsviç"dən 35,5 milyon avro qarşılığında transfer edib. İngiltərəli hücumçu bu müddət ərzində bütün turnirlərdə 41 oyunda meydana çıxsa da, cəmi iki qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.

Delapın London klubu ilə qüvvədə olan müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulub.







Transfer