6 iyul 2026. Bazar ertəsi

Avropa nəhəngləri Rafael Leau üçün hərəkətə keçdi


  • Transfer
  • 23:42 05.07.2026
  • Oxunma sayı: 53
Avropa nəhəngləri Rafael Leau üçün hərəkətə keçdi

"Milan"ın cinah hücumçusu Rafael Leau yay transfer dövründə komandadan ayrıla bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hazırda portuqaliyalı futbolçunun transferi uğrunda "Mançester Yunayted", "Tottenhem" və Səudiyyə Ərəbistanının bir neçə klubu mübarizə aparır. Gözlənilir ki, Leau bu yay "Milan"ı tərk edəcək. İtaliya təmsilçisi onu 60 milyon avro qarşılığında satmağa hazırdır.

Məlumata əsasən, daha əvvəl futbolçu ilə "Barselona" da maraqlanıb. Lakin Kataloniya klubu "Nyukasl"dan Entoni Qordonu transfer etdikdən sonra Leaunun xidmətindən imtina edib.

Rafael Leau ötən mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 10 qol vurub və üç məhsuldar ötürmə edib.







Transfer