6 iyul 2026. Bazar ertəsi

"Fiorentina" "Tottenhem"in müdafiəçisini heyətinə qatır


  • Transfer
  • 23:49 05.07.2026
  • Oxunma sayı: 46
"Fiorentina" "Tottenhem"in müdafiəçisini heyətinə qatır

"Tottenhem"in mərkəz müdafiəçisi Radu Draquşin karyerasını "Fiorentina"da davam etdirməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 24 yaşlı rumıniyalı futbolçu 2031-ci ilədək nəzərdə tutulan müqavilə ilə bağlı "Fiorentina" ilə razılığa gəlib. Bununla belə, transfer birbaşa deyil, satınalma şərti ilə icarə əsasında reallaşacaq. Müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə satınalma maddəsi məcburi qüvvəyə minəcək.

Bildirilib ki, sövdələşmənin ümumi dəyəri 19 milyon avroya çata bilər. Futbolçu ilə bağlanacaq müqavilə isə "1+4" formatında olacaq.

Radu Drəquşin 2024-cü ildən "Tottenhem"in formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə cəmi 11 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.







Transfer