- Transfer
- 23:57 05.07.2026
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Holandın klubdakı gələcəyi ilə bağlı suallar yaranıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Xosep Qvardiolanın baş məşqçi postundan ayrılmasından sonra Holand komandanın Enso Mareskanın rəhbərliyi altında həyata keçirəcəyi layihəyə tam əmin deyil. Hücumçu gələcəyi ilə bağlı hələ yekun qərar verməsə də, Qvardiola və Bernardu Silvanın ardınca klubu tərk etmək ehtimalını istisna etmir.
"Mançester Siti" Erlinq Holandı 2022-ci ildə transfer edib.
25 yaşlı hücumçu ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxaraq 38 qol vurub və doqquz məhsuldar ötürmə müəllifi olub.
Norveçli futbolçunun "şəhərlilər"lə qüvvədə olan müqaviləsinin müddəti 2034-cü ilə qədərdir.