- Transfer
- 16:38 06.07.2026
Türkiyənin "Beşiktaş" və "Fənərbağça" klubları "Napoli"nin hücumçusu Romelu Lukakunu transfer etmək istəyir.
90deqiqe.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Şkira məlumat yayıb.
Məlumata görə, İtaliya çempionu 33 yaşlı belçikalı hücumçunun transferi üçün 10 milyon avro təzminat tələb edir.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən "Napoli"nin formasını geyinir. Təcrübəli futbolçunun Neapol təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər qüvvədədir.