- Transfer
- 16:38 06.07.2026
İngiltərənin "Tottenhem" klubu heyətini İtaliya millisinin yarımmüdafiəçisi Sandro Tonali ilə gücləndirib.
90deqiqe.Az xəbər verir ki, London təmsilçisi 26 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Bildirilib ki, Sandro Tonali iş icazəsini aldıqdan sonra yeni komandasına qoşulacaq.
İtaliyalı yarımmüdafiəçi 2023-cü ilin yayında "Nyukasl"a transfer olunmuşdu. O, Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 110 oyunda 10 qolla yadda qalıb. Tonali həmçinin 2025-ci ildə komandasının İngiltərə Liqa Kubokunu qazanmasına və klubun 70 illik titul həsrətinə son qoymasına mühüm töhfə verib.
Qeyd edək ki, Sandro Tonali İtaliyanın U-19 və U-21 yığmalarında çıxış etdikdən sonra 2019-cu ilin oktyabrında Lixtenşteynə qarşı keçirilən oyunda əsas milli komandada debüt edib. O, indiyədək yığmanın heyətində keçirdiyi 32 matçda dörd qol vurub.