6 iyul 2026. Bazar ertəsi

"Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşdi


  • Transfer
  • 14:59 06.07.2026
  • Oxunma sayı: 32
"Nottingem Forest"in yeni baş məşqçisi müəyyənləşdi

İngiltərənin "Nottingem Forest" klubu baş məşqçi postuna Oliver Qlasneri təyin edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Avstriyalı mütəxəssis bu vəzifədə Vitor Pereyranı əvəzləyib.

Oliver Qlasner son olaraq "Kristal Pelas"ı çalışdırıb. Təcrübəli məşqçi London təmsilçisi ilə UEFA Konfrans Liqasının, İngiltərə Kubokunun və İngiltərə Superkubokunun qalibi olub.

Qeyd edək ki, "Nottingem Forest" rəhbərliyi yeni mövsüm öncəsi komandanın sükanı arxasına məhz 50 yaşlı mütəxəssisi gətirməklə yeni uğurlar qazanmağı hədəfləyir.







Transfer