6 iyul 2026. Bazar ertəsi

"Zirə"nin rəqibi "Torpedo" heyətini yeni transferlə gücləndirdi


  • Transfer
  • 15:25 06.07.2026
  • Oxunma sayı: 40
"Zirə"nin rəqibi "Torpedo" heyətini yeni transferlə gücləndirdi

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində "Zirə"nin rəqibi olacaq Gürcüstanın "Torpedo" klubu növbəti transferini reallaşdırıb.

90deqiqe.Az xəbər verir ki, Kutaisi təmsilçisi heyətinə bolqarıstanlı cinah oyunçusu Mateo Stamatovu cəlb edib.

27 yaşlı futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində "Zirə" – "Torpedo" arasında ilk oyun iyulun 8-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Tərəflər arasında cavab görüşü isə iyulun 16-da baş tutacaq.







Transfer