6 iyul 2026. Bazar ertəsi

"Monako"nun yeni baş məşqçisi Filipe Luis oldu


  • Transfer
  • 16:38 06.07.2026
  • Oxunma sayı: 32
"Monako"nun yeni baş məşqçisi Filipe Luis oldu

Fransanın "Monako" klubu baş məşqçi postunu Filipe Luisə həvalə edib.

90deqiqe.Az  xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

40 yaşlı braziliyalı mütəxəssislə 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə imzalanıb.

Filipe Luis məşqçilik karyerasına futbolçu kimi vida etdiyi "Flamenqo"da başlayıb və 2024–2026-cı illərdə Braziliya klubunu çalışdırıb. Keçmiş müdafiəçi futbolçu karyerası ərzində "Atletiko", "Çelsi" və "Deportivo" kimi Avropanın tanınmış klublarının formasını geyinib, həmçinin uzun illər Braziliya millisinin şərəfini qoruyub.

Qeyd edək ki, "Monako"nun əvvəlki baş məşqçisi Sebastyan Pokonyoli idi. O, 2025-ci ilin oktyabrından 2026-cı il iyunun 1-dək komandaya rəhbərlik edib. Knyazlıq təmsilçisi 2025/2026 mövsümünü Fransa Liqa 1-də 54 xalla yeddinci pillədə başa vurub.







Transfer