- Transfer
- 22:22 06.07.2026
Xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviç Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan ayrılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.
33 yaşlı futbolçu üç il ərzində "Əl-Nəsr"in formasını geyinib. O, bu müddətdə 124 oyunda meydana çıxıb, səkkiz qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Brozoviç son mövsümdə komandasının heyətində Səudiyyə Ərəbistanı çempionu olub.
Xatırladaq ki, təcrübəli yarımmüdafiəçi Səudiyyə Ərəbistanına yollanmamışdan əvvəl səkkiz il İtaliyanın "İnter" klubunda çıxış edib. O, Milan təmsilçisi ilə A Seriyasının qalibi olub, Çempionlar Liqasının finalına yüksəlib və iki dəfə İtaliya Kubokunu qazanıb.
Marselo Brozoviç 2014-2024-cü illərdə Xorvatiya millisinin də formasını geyinib. O, milli komandanın heyətində ümumilikdə 100-ə yaxın oyunda iştirak edib.