- Transfer
- 22:22 06.07.2026
İtaliyalı qapıçı Renato Marin Fransanın PSJ klubundan Portuqaliyanın "Nasional" komandasına keçib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 19 yaşlı qolkiper bir mövsümlük icarə əsasında "Nasional"da çıxış edəcək. Razılaşmaya əsasən, Portuqaliya klubunun futbolçunu transfer etmək hüququ olmayacaq.
PSJ ötən yay Renato Marini azad agent kimi "Roma"dan heyətinə qatmışdı. Gənc qapıçı Paris klubunun heyətində üç oyuna çıxıb, iki qol buraxıb və iki matçda qapısını toxunulmaz saxlayıb.
Renato Marinin PSJ ilə müqaviləsi 2030-cu ilin ortalarınadək qüvvədədir. Transfer bazarı üzrə mütəxəssislər onun dəyərini bir milyon avro qiymətləndirirlər.