- Transfer
- 22:22 06.07.2026
"Bornmut"un hücumçusu Eli Junior Krupi karyerasını "Liverpul"da davam etdirmək niyyətindədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "Indykaila News" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 yaşlı fransalı futbolçunun əsas məqsədi sabiq baş məşqçisi Andoni İraola ilə yenidən birlikdə çalışmaqdır. Xatırladaq ki, 44 yaşlı ispan mütəxəssis bu yay "Bornmut"dan ayrılaraq "Liverpul"un baş məşqçisi təyin olunub.
Krupi ötən mövsüm bütün turnirlərdə ümumilikdə 35 oyunda meydana çıxıb, 13 qol vuraraq komandasının əsas hücumçularından biri olub.
Transfer bazarı üzrə mütəxəssislər gənc hücumçunun dəyərini hazırda 70 milyon avro qiymətləndirirlər. Qeyd edək ki, ötən ilin dekabrında onun bazar dəyəri cəmi 22 milyon avro idi.