6 iyul 2026. Bazar ertəsi

"Çelsi" Qarnaçonu satmağa hazırdır


  • Transfer
  • 22:07 06.07.2026
  • Oxunma sayı: 45
"Çelsi" Qarnaçonu satmağa hazırdır

"Çelsi" argentinalı cinah oyunçusu Alexandro Qarnaço ilə yollarını ayırmağa hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Football London" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, London klubu futbolçunun icarəyə verilməsi variantını nəzərdən keçirmir. Baxmayaraq ki, İtaliyanın "Roma" klubu 22 yaşlı futbolçunu məhz bu şərtlərlə heyətinə qatmaq istəyirdi. "Çelsi" yalnız tam transferə razıdır və Qarnaçonun satışından təxminən 47 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, "Çelsi" Qarnaçonu ötən yay "Mançester Yunayted"dən 46.2 milyon avroya transfer edib. Gənc futbolçu London təmsilçisinin heyətində 43 oyunda meydana çıxıb, səkkiz qol vurub və dörd məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer