7 iyul 2026. Çərşənbə axşamı

"Napoli" Lukakunu 10 milyona satmağa hazırdır


  • Transfer
  • 22:19 06.07.2026
  • Oxunma sayı: 50
"Napoli" Lukakunu 10 milyona satmağa hazırdır

Belçikalı hücumçu Romelu Lukaku yay transfer dövründə "Napoli"ni tərk edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Neapol təmsilçisi 33 yaşlı futbolçunu 10 milyon avro qarşılığında satmağa hazırdır. Lukaku ilə Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klubları maraqlanır.

Məlumata əsasən, təcrübəli hücumçu "Napoli"də mövsümə görə səkkiz milyon avro maaş alır. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Lukaku ötən mövsüm bütün turnirlərdə cəmi yeddi oyunda meydana çıxıb və bir qol vurub. O, mövsümün böyük hissəsini zədə səbəbindən buraxıb.







Transfer