- Transfer
- 22:22 06.07.2026
"Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uorton karyerasını "Liverpul"da davam etdirə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisi 22 yaşlı futbolçunun transferində israrlıdır. Klub hazırda razılaşmaya öz yarımmüdafiəçisi Harvi Elliotu da daxil etməyi nəzərdən keçirir.
Bildirilib ki, Adam Uortonun özü də karyerasını "Liverpul"da davam etdirmək istəyir.
Qeyd edək ki, Harvi Elliot ötən mövsümü icarə əsasında "Aston Villa"da keçirsə də, komandanın heyətində demək olar ki, oyun şansı qazanmayıb.
Adam Uorton "Kristal Pelas"ın heyətində ümumilikdə 53 oyuna çıxıb, bir qol vurub və yeddi məhsuldar ötürmə edib. Transfer bazarı üzrə mütəxəssislər onun dəyərini 70 milyon avro qiymətləndirirlər.