7 iyul 2026. Çərşənbə axşamı

Niderland millisinin baş məşqçi postuna yeni namizəd müəyyənləşdi


  • Transfer
  • 01:18 07.07.2026
  • Oxunma sayı: 31
Niderland millisinin baş məşqçi postuna yeni namizəd müəyyənləşdi

Niderland Futbol Federasiyası milli komandanın baş məşqçi postu üçün Arne Slotun namizədliyini nəzərdən keçirir.

90deqiqe.Az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Sport" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, dünya çempionatı-2026-nın 1/16 final mərhələsində Mərakeşə penaltilər seriyasında məğlub olduqdan sonra vəzifəsindən istefa verən Ronald Kumanın yerinə yeni baş məşqçi axtarışları davam edir.

Məlumata əsasən, 47 yaşlı Arne Slot federasiyanın əsas namizədlərindən biridir və tərəflər arasında artıq ilkin danışıqlar da baş tutub.

Qeyd edək ki, Arne Slot məşqçilik karyerası ərzində "Kambur", AZ, "Feyenoord" və "Liverpul" klublarını çalışdırıb.

O, son olaraq iki mövsüm "Liverpul"a rəhbərlik edib və ötən mövsümün başa çatmasından sonra İngiltərə təmsilçisi ilə yollarını ayırıb.

Arne Slot məşqçi kimi karyerasında üç titul qazanıb. O, bir dəfə İngiltərə çempionu, bir dəfə Niderland çempionu olub, həmçinin bir dəfə Niderland Kubokunu başı üzərinə qaldırıb.







Transfer