7 iyul 2026. Çərşənbə axşamı

"Beşiktaş" Nübelin transferi ilə bağlı "Bavariya" ilə razılığa gəldi


  • Transfer
  • 01:28 07.07.2026
  • Oxunma sayı: 41
"Beşiktaş" Nübelin transferi ilə bağlı "Bavariya" ilə razılığa gəldi

"Beşiktaş" Almaniya təmsilçisi "Bavariya"nın qapıçısı Aleksandr Nübelin transferi ilə bağlı razılıq əldə edib.

90deqiqe.Az xəbər verir ki, transferin sabit məbləği 6.5 milyon avro təşkil edəcək. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə ödəniş daha beş milyon avro arta bilər.

29 yaşlı qolkiper "Beşiktaş"la üçillik müqavilə imzalayacaq. Onun illik qazancı isə beş milyon avro olacaq.

Qeyd edək ki, Nübel son üç mövsümü Almaniya Bundesliqasının digər təmsilçisi "Ştutqart"da keçirib. O, bu komandanın heyətində UEFA Çempionlar Liqasında da çıxış edib.

Xatırladaq ki, "Beşiktaş" sonuncu dəfə beş il əvvəl Türkiyə çempionu olub.







Transfer