- Transfer
- 22:47 07.07.2026
Fransanın "Paris" klubu yeni baş məşqçisinin adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra ingiltərəli mütəxəssis Liam Rosenyor çalışdıracaq.
41 yaşlı məşqçi bu vəzifədə Antuan Kombuareni əvəzləyib. Tərəflər arasında 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Rosenyor iyulun 9-dan etibarən komandanın hazırlıq prosesinə rəhbərlik edəcək.
Mütəxəssis son olaraq İngiltərənin "Çelsi" klubunda fəaliyyət göstərib.
Qeyd edək ki, "Paris" ötən mövsüm Fransa çempionatını 34 oyundan topladığı 44 xalla 11-ci pillədə başa vurub.