7 iyul 2026. Çərşənbə axşamı

Joau Kanselu "Barselona"ya qayıdır


  • Transfer
  • 22:34 07.07.2026
  • Oxunma sayı: 35
Joau Kanselu "Barselona"ya qayıdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun müdafiəçisi Joau Kanselunun yaxın vaxtlarda "Barselona"ya keçəcək.

90deqiqe.Az xəbər verir ki, hazırda klublar arasında da son razılaşmanın əldə olunması gözlənilir.

Məlumata görə, portuqaliyalı müdafiəçinin keçidi "Barselona"ya 10 milyon avrodan daha aşağı məbləğə başa gələcək.

Daha əvvəl 32 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə iki illik müqavilə üzrə razılıq əldə etdiyi bildirilmişdi.

Qeyd edək ki, Joau Kanselu ötən mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da keçirib. Hər iki cinahda çıxış edə bilən müdafiəçi baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında komandanın İspaniya çempionu olmasına mühüm töhfə verib.







Transfer