8 iyul 2026. Çərşənbə

"Çorum" dünya şöhrətli hücumçunun keçidini yekunlaşdırmaq üzrədir


  • Transfer
  • 22:43 07.07.2026
  • Oxunma sayı: 34
"Çorum" dünya şöhrətli hücumçunun keçidini yekunlaşdırmaq üzrədir

Türkiyə Super Liqasının yeni iştirakçısı "Çorum" səs-küylü keçidə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, qırmızı-qaralar tanınmış qabonlu hücumçu Pyer-Emerik Obameyanqla razılıq əldə edib.

Məlumata görə, 37 yaşlı futbolçu artıq İstanbula gəlib. Tərəflər arasında keçidin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Obameyanq ötən mövsümü Fransanın "Marsel" klubunda keçirib. O, 41 oyunda meydana çıxaraq 14 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer