- Transfer
- 23:58 07.07.2026
"Brayton"un yarımmüdafiəçisi Brayan Qruda yenidən "Leyptsiq"ə qayıtmağa yaxındır.
90deqiqe.Az-ın “Sky Sport”a istinadən məlumatına görə, tərəflər futbolçunun keçidi ilə bağlı prinsipial razılıq əldə ediblər.
Məlumata görə, Almaniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçini satınalma şərti ilə icarəyə götürəcək. Müqavilədə nəzərdə tutulan şərtlər yerinə yetiriləcəyi təqdirdə, futbolçunun keçidi daimi xarakter alacaq.
Bildirilir ki, gələcək keçidin dəyəri 25-30 milyon avro arasında olacaq.
Qeyd edək ki, Brayan Qruda ötən mövsümün ikinci yarısını da icarə əsasında "Leyptsiq"də keçirib. Almaniyanın gənclər millisinin üzvü bu müddətdə 14 rəsmi oyunda meydana çıxaraq üç qol vurub və üç məhsuldar ötürmə verib.
Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.