8 iyul 2026. Çərşənbə

"Arsenal" Kepa Arrisabalaqa ilə yollarını ayırır


  • Transfer
  • 23:03 07.07.2026
  • Oxunma sayı: 33
"Arsenal" Kepa Arrisabalaqa ilə yollarını ayırır

"Arsenal" klubunun qapıçısı Kepa Arrisabalaqa yay keçid dövründə komandanı tərk etməyə yaxındır.

90deqiqe.Az xəbər verir ki, klub rəhbərliyi 32 yaşlı ispan qapıçı ilə yollarını ayırmağa hazırlaşır.

Məlumata görə, "Arsenal" artıq Arrisabalaqanı əvəz edəcək qapıçını da müəyyənləşdirib. Komandanın əsas qapıçısı David Rayanın ehtiyat oyunçusu kimi İlan Melyenin transferi nəzərdə tutulur. Gənc qapıçı Tommi Setfordun isə icarə əsasında başqa kluba göndərilməsi gözlənilir.

Qeyd edək ki, Kepa Arrisabalaqa ötən ilin yayında təxminən altı milyon avro qarşılığında "Çelsi"dən "Arsenal"a keçmişdi. O, başa çatan mövsümdə Mikel Artetanın rəhbərlik etdiyi komandada 12 oyunda meydana çıxıb, 12 top buraxıb və dörd görüşdə qapısını toxunulmaz saxlayıb.







Transfer