- Transfer
- 23:58 07.07.2026
"Mançester Yunayted"in Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Feliks Nmeçanın keçidini reallaşdırması asan olmayacaq.
90deqiqe.Az-ın “Bild Sport”a istinadən məlumatına görə, 25 yaşlı Almaniya millisinin üzvünün xidmətində "Mançester Yunayted"lə yanaşı, "Nyukasl" da maraqlıdır.
Məlumata görə, Dortmund təmsilçisi yarımmüdafiəçinin satışından ən azı 120 milyon avro gəlir əldə etmək niyyətindədir. Halbuki, futbolçunun bazar dəyəri ixtisaslaşmış qiymətləndirmə platformasında 50 milyon avro göstərilir.
Qeyd edək ki, Feliks Nmeça ötən mövsüm "Borussiya"nın heyətində 42 oyunda meydana çıxıb. O, bu görüşlərdə beş qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.